Məktəbin müəllimi Beynəlxalq Təlim kursunun sertifikatı ilə təltif olunub

                  Məktəbin Ingilis dili müəllimi İlahə Quliyeva 2022-2023-cü illəri əhatə edən, Avropa Şurası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan, "Azərbaycanda gənclərlə işləyən Təlimçilər üçün 1 illik Təlim (TRAYAZE)" kursunu uğurla başa vurub və Fransanın Strasburq şəhərində keçirilən yekun konsolidasiya və qiymətləndirmə seminarında iştirak edib.

Fransanın Strasburq şəhərinə səfər çərçivəsində o, Avropa İnsan Haqları Məhkəməsi, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyasının keçirildiyi Avropa Sarayını ziyarət edib.

Yekunda konsolidasiya və qiymətləndirmə seminarında Avropa Şurasının Gənclər Siyasəti üzrə təlimçilik sertifikatı ilə təltif edilmedilib.

 İlahə Quliyevanın bu böyük uğuruna çox sevinərək məktəbin direktoru Yasin Quliyev başda olmaqla, bütün kollektivi adından onu təbrik edir, müvəffəqiyyətlər arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi