"Fövqəladə hallar zamanı davranış qaydaları" mövzusunda maarifləndirici dərs

Məktəbin tarix müəllimi Ağayeva Vüsalə 6Ç sinif şagirdləri üçün "Fövqəladə hallar zamanı davranış qaydaları" mövzusunda maarifləndirici dərs təşkil edib.
Dərs zamanı müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzular barədə ətraflı məlumat verən Vüsalə müəllim, mövzularla bağlı fotoslayd və videoçarx nümayiş etdirib, şagirdləri maraqlandıran sualları cavablandırıb.