"Fövqəladə hallar"aylığı ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə  Bakı şəhəri ümumi təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə uşaq və gənclərin fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilib.

Eləcə də, cari tədris ilinin  noyabr ayı üçün "Fövqəladə hallar"aylığının keçirilməsi nəzərdə tutulub. Bunu əsas götürərək məktəbdə bir sıra silsilə tədbirlər təşkil olunub.

 Belə tədbirlərdən biri də 2A sinfində baş tutub. Belə ki, məktəbin ibtidai sinif müəllimi Rəcəbova Mətanət 2A sinfinin kiçik fidanları ilə fövqəladə hallarda baş verə biləcək təhlükənin qarşısının alınması haqqında sinifdaxili tədbir keçirib.

Mətanət müəllimənin rəhbərliyi ilə şagirdlər suda boğulma,yanğın, dəm qazı təhlükəsi haqqında məlumatlar vermiş, bu təhlükələrin yaranması  zamanı ilkin tibbi yardımın göstərilməsi ilə bağlı maraqlı çıxışlar ediblər.

Bu, balaca xilasedicilər, mövzu üzrə  çəkdikləri gözəl rəsm nümunələrini də nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi