Monitorinq keçirilib

28/11/2023- cü il tarixdə 2023-2024-cü tədris ili üzrə məktəbin Tədbirlər Planının 1.2--1.2.18 bəndinin yerinə yetirilməsi ilə bağlı IX siniflər üçün monitorinq keçirilmişdir. Monitorinq elektron qaydada, üç buraxılış - Azərbaycan dili, Riyaziyyat, İngilis dili fənləri üzrə keçirilmişdir. Nəzarətçi müəllimlərin iştirakı ilə keçirilən monitorinq sona qədər məktəb direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavininin nəzarəti altında şəffaf şəkildə həyata keçirilmişdir.