Dərsdinləmələr keçirilir

2022-2023-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin- peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.1 bəndinə əsasən vaxtaşırı olaraq dərsin məqsədlərinin mövcudluğuna istiqamətlənmiş dərsdinləmələr keçirilir. İngilis dili fənn aylığına təsadüf edən bu dəfəki dərsdinləmə 7 d sinfində davam etdi.İngilis dili müəllimi Mikayılova Fərqanənin dərsini müşahidə edən zaman dərsin məqsədi, standartlara və məzmuna uyğunluğu, onun dərsin məqsədinin reallaşmasına xidmət edən fəaliyyətləri, qiymətləndirmə meyarları və s. proseslər dərsi dinləyən təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova tərəfindən qeyd olundu. Dərsdinləmənin sonunda müəllimə müvafiq tövsiyyər verildi.