ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLİB

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3494 nömrəli Sərəncamı”ndan irəli gələn tədbirlərin icra edilməsi məqsədilə məktəbimizdə silsilə tədbirlər həyata keçirilir.
Bu silsilədən, 28/11/2023-cü il tarixdə məktəbin tarix müəllimləri Ağayeva Vüsalə və İmanova Şəhanə "Dahilər ölməz, əbədi yaşar" başlıq altında elmi -praktiki konfrans təşkil etmişlər. Dahi rəhbərin həyat və siyasi fəaliyyəti haqqında məqamları əks etdirən bu konfransda məktəbin 10 -11-ci sinif şagirdləri və məktəb rəhbərliyi iştirak etmişlər.