Bakı Zooloji Parkına ekskursiya təşkil edilib

"Təbiəti qoruyanlar"layihəsi çərçivəsində məktəbin 7 ə sinif şagirdləri coğrafiya müəllimi Xəlilova Fatimənin rəhbərliyi ilə Bakı Zooloji Parkına ekskursiya ediblər. Şagirdlər Azərbaycanın və digər ölkələrin unikal flora, fauna nümunələri ilə tanış olub, təbiətə və canlı aləmə sevgi, qayğı hisslərinin aşılanması, nadir və nəsli kəsilmək üzrə olan növlərin mühafizəsi barədə biliklər əldə ediblər. Onlara Bakı Zooloji Parkının dünyada mövcud olan parklar səviyyəsində yaradıldığı,çox geniş əraziyə malik olan parkda təbii mühitin qorunmasına xüsusi diqqət yetirilməsi, nadir heyvanların qorunması, qidalanması, saxlanılması haqqında müəllim tərəfindən məlumatlar verilib. Şagirdlər parkdakı heyvanlar haqqında ətraflı məlumat əldə ediblər və Bakı Zooloji Parkına olan ekskursiyaları onların bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm rol oynayıb.