"Reproduktiv sağlamlıq" mövzusunda dərs keçirilib

       27 noyabr 2023-cü il tarixdə məktəbin biologiya müəllimi Kərimova Əfruz 9 ə sinfində "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici dərs təşkil etmişdir.
"Qohumlar arası nigahın fəsadları"ndan bəhs edən bu dərsin keçirilməsində əsas məqsəd gənc nəslin sağlam böyüməsi,  gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.
     Dərs zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, maarifləndirici videoçarx nümayiş olunub. Onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi