Pedaqoji Şuranın II iclası keçirilib

24/11/2023-cü il tarixdə məktəbin Fəaliyyət Planına uyğun olaraq 2023/2024-cü tədris ilinin növbəti Pedaqoji Şura iclası keçirilib. İclas məktəbin direktoru Yasin Quliyevin çıxışı ilə başlayıb. Direktor əvvəlcə, pedaqoji heyəti salamlayıb və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatdırıb.
Daha sonra Yasin Quliyev, gündəlikdə duran məsələlər ilə yanaşı, məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlər ilə bağlı fikirlər söyləmişdir.
İclasda IX sinif buraxılış imtahanlarına hazırlıq vəziyyətinin öyrənilməsi ,məktəb sənədlərinin yazılması və orada yaranan nöqsanlar, elektron jurnal, Rəqəmsal bacarıqlar layihəsinin tədris səviyyəsinin öyrənilməsi , Respublika fənn olimpiadalarına və fənn müsabiqələrinə, Lütfi Zadə - məntiq olimpiadasına hazırlıq , fənn aylıqlarının təşkili, Kiçik Akademiyanın fəaliyyəti, şagird davranış qaydalarının tətbiqi ilə bağlı görülən işlərin hesabatı, şagirdlərin dərsə davamiyyəti, dərsdən yayınan şagirdlər haqqında görülən tədbirlər, xüsusi hallar haqqında ətraflı məlumat, risk qrupuna daxil olan şagirdlərlə aparılan işlər və digər cari məsələr haqqında təlim-tərbiyə işləri üzrə direktor müavinləri və təşkilatçı çıxış etmişlər.
Sonda müəllimlərin fikirləri dinlənilərək müvafiq qərarlar qəbul edilib.