Maarifləndirici seminar keçirilib

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın icrası və "Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasının yerinə yetirilməsi ilə bağlı məktəbin lX sinif şagirdləri üçün maarifləndirici seminar təşkil olunmuşdur.
Seminarda məktəbin direktoru Yasin Quliyev çıxış edərək zərərli vərdişlər və dövlət səviyyəsində buna qarşı mübarizədən, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bununla bağlı sərəncamları haqqında danışmış, şagirdlərə bəşəriyyətin ən böyük bəlalarına çevrilmiş bu zərərli vərdişlərdən uzaq olmağı tövsiyyə etmişdir.
Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, zərərli vərdişlərin insan sağlamlığına təsiri ilə bağlı çıxış etmişdir. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla isə, insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı geniş məlumatı şagirdlərə çatdırmışdır.
Sonda şagirdləri maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırılmışdır.