Maarifləndirici seminar keçirilib

       2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.29 bəndinə  əsasən  məktəbin Vlll sinif şagirdləri üçün maarifləndirici seminar təşkil olunmuşdur.Məktəb psixoloqu İmaməliyeva Turanə aşağıdakı mövzular üzrə şagirdlərlə söhbət aparmışdır :
1.Zərərli vərdişlər- Yaşadığımız dövrdə insanların narkomaniya, alkoqolizm və digər zərərli vərdişlərdən necə qorunmalı olduqları haqqında
2. Erkən nikah - 18 yaşından kiçik yeniyetmələrin erkən nikaha daxil olması və onun mənfi nəticələri haqqında  geniş çıxış edən psixoloq, zərərli maddələrin insanlarda yaratdığı asılılıq və onların fəsadları, eləcə də erkən nigahın fiziki-psixoloji xüsusiyyətləri ilə bağlı şagirdlərə məlumatlar vermişdir. Qarşılıqlı diskussiya şəraitində keçən bu seminarda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Seminarda məktəb həkimi, təşkilatçı və UBTR iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi