"Kod saatı : Rəqəmsal gələcəyə addım 2023-cü il" müsabiqəsi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən "Kod saatı : Rəqəmsal gələcəyə addım 2023-cü il" müsabiqəsinin elan olunması ilə əlaqədar məktəbin İnformatika metodbirləşmə rəhbəri Sadıqova Abidə və İnformatika müəllimi Həsənova Aytənin təşkilatçılığı ilə 5-8 -ci sinif şagirdləri bu müsabiqənin I mərhələsində iştirak etmişlər.
Qlobal Kod Saatı hərəkatı çərçivəsində keçiriləcək müsabiqənin əsas məqsədi məktəblilər arasında kompüter elmlərinin, proqramlaşdırmanın təbliği və gənc nəslin bu sahəyə olan marağının artırılmasıdır.