Sərgi təşkil olunub

21.11.2023-cü il tarixdə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı üzrə məktəbin təsviri incəsənət müəllimi və "Mənim rəngli dünyam" dərnəyinin rəhbəri Abdullayeva Mətanət dərnək üzvlərinin rəsm işlərindən ibarət sərgi təşkil etmişdir. Sərgidə Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən rəsm əsərləri nümayiş etdirilmişdir.