Ekskursiya təşkil edilib

       Bakı Şəhəri Təhsil İdarəsinin 24/10/2023-cü il tarixli 387F nömrəli əmrinə əsasən "7-dən 17-yə vətənpərvər" layihəsinin həyata keçirilməsi barədə təlimatın 1-ci bəndi ilə əlaqədar olaraq payız tətili günlərində şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə 3 "a" sinif şagirdləri sinif rəhbərləri Şövkət Quliyevanın təşkilatçılığı ilə "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yerləşdiyi Qala kəndinə ekskursiyaya gediblər. Açıq səma altında yerləşən bu heyrətamiz muzeydə  həm tunc dövrünə, həm də orta əsrlərə aid eksponatlar vardır. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yerləşdiyi Qala kəndi qədim yaşayış məskənidir. Bakıdan təxminən 40 km məsafədə yerləşən kompleksin ərazisi 81 hektardan çox, yəni 100-dən çox futbol meydançası böyüklüyündədir. Şagirdlər böyük maraqla buradakı tarixi eksponatlarla tanış olmuşlar.
   Şagirdlərdə milli-mənəvi dəyərlərə bağlılıq, elmi-dünyagörüşünün formalaşdırılması və inkişaf etdirilməsi, gələcək nəsillərin torpağa, xalqa bağlılığı üçün bu cür ekskursiyaların keçirilməsi təqdirəlayiqdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi