Uşaq hüquqları aylığı ilə bağlı tədbir keçirilib

       Uşaqların inkişafı və hüquqlarının qorunmasında, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında böyük əhəmiyyət kəsb edən, uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə nail olmaq məqsədilə hər il olduğu kimi, 2023-cü ildə də “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində İnsan hüquqları müvəkkili tərəfindən ölkədə 20 oktyabr - 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilir.
Bu məqsədlə məktəbdə bir sıra silsilə tədbirlər- "Dəyirmi masa”, seminar, müsabiqə və sərgilər təşkil olunmuşdur. Belə tədbirlərdən biri də 2 a sinif rəhbəri Rəcəbova Mətanət tərəfindən təşkil olunmuşdur. Onun təşkil etdiyi bu maarifləndirici tədbirdə şagirdlərə hüquqları haqqında məlumat verildi. "Təhsil hüququ", "Yaşama hüququ", "İstirahət hüququ" və s. mövzularla bağlı hazırlanmış video çarx şagirdlərə nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi