"Ailəm və məktəbim" layihəsi üzrə tədbir təşkil olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18/04/2023-cü il tarixli, 3-29 59/3-2-170F/2023 nömrəli əmrinin 3-cü bəndinin yerinə yetirilməsi ilə bağlı məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Seyidbalayeva Şəhlanın rəhbərliyi ilə "Ailəm və məktəbim" layihəsi üzrə tədbir təşkil olunub. Layihə çərçivəsində məktəbə dəvət olunmuş valideynlər fənn kabinetləri, idman zalı, kitabxana, yeməkxana və s. yerlərlə tanış olmuş və lazıml məlumatlar əldə etmişlər.Belə ki, məktəbin müəllimləri onlara həm fənn kabinetlərində keçilən dərs prosesinin, kitabxana fəaliyyətinin hansı şəkildə həyata keçirilməsi, eləcə də yeməkxana və onun təmizliyi, standartlara uyğun qidaların verilməsi və s. haqqında məlumatlar vermişlər. Prosesə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova da qoşulmuşdur.
Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji və psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması zəminində keçirilən bu tədbir valideynlər tərəfindən rəğbətlə qarşılanmışdır.