"17 noyabr- Milli Dirçəliş Günü" münasibətilə "Dəyirmi masa" təşkil olunub

2023-2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən, tarix müəllimi Quliyeva Gülnaz 15/11/2023-cü il tarixdə 9 a sinfində "Milli Dirçəliş Günü"nə həsr olunmuş dəyirmi masa təşkil etmişdir. "Dəyirmi masa"da Milli Dirçəliş Gününün tarixindən söhbət açılmış, şagirdlərlə müzakirələr aparılmışdır.Müzakirələr Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayan və tariximizə Milli Dirçəliş Günü kimi düşən 17 noyabrın mənəvi əsasları və xalqımıza gətirdiyi töhfələr , milli-mənəvi dəyərlər, elmin, mədəniyyətin dirçəlişi və s.haqqında aparıldı.
"Dəyirmi masa"da məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Seyidbalayeva Şəhla və müəllimlər iştirak etmişlər.