V siniflər üçün monitorinq keçirilib

2023-2024-cü tədris ili üzrə təlim-tərbiyə işləri üzrə direktor müavininin Tədbirlər Planının 1.2--1.2.6 bəndinin yerinə yetirilməsi ilə bağlı V siniflər üçün monitorinq keçirilmişdir. Monitorinq elektron qaydada, üç buraxılış - Azərbaycan dili, Riyaziyyat, İngilis dili fənləri üzrə keçirilmişdir. Nəzarətçi müəllimlərin iştirakı ilə keçirilən monitorinq sona qədər məktəb direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavininin nəzarəti altında şəffaf şəkildə həyata keçirilmişdir.