"12 noyabr- Konstitusiya Günü" münasibətilə dərs təşkil olunub

2023-2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən, tarix müəllimi İmanova Şəhanə 13/11/2023-cü il tarixdə 11 c sinfində Konstitusiya Gününə həsr olunmuş maarifləndirici dərs təşkil etmişdir. Dərsdə Milli Konstitusiyanın tarixindən söhbət açılmış, şagirdlərlə müzakirələr aparılmışdır.
Xalqımızın düşmən üzərində Möhtəşəm Zəfəri sayəsində artıq üçüncü ildir ki, "12 noyabr - Konstitusiya Günü" ölkəmizin hər bir vətəndaşı tərəfindən daha sevinclə, qürurla və iftixar hissi ilə qeyd edilir.