INGILIS DILI MÜƏLLİMLƏRİNİN BEYNƏLXALQ KONFRANSI KEÇRİLDİ.

Sabunçu rayonu E. Misirxanov adına 71№-li orta məktəbin ingilis dili müəllimi İlahə Quliyeva 27-28 yanvar 2017-ci il tarixində Qara Dəniz Universitetində (İBSU) keçirlən ingilis dili müəllimlərinin 7-ci Cənubi Qafqaz Regional konfransında iştirak etmişdi.Konfransda 6 ölkənin müəllimləri sessiya, prezentasiya və post-prezentasiyaları ilə ölkələrini təmsil edirdilər.Müəllimlər Amerikanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü və sponsorluğu ilə konfransa qatılıblar. Konfransın ilk günü Amerikanın Gürcüstandakı səfiri deleqasiyamızı şəxsi iqamətgahında qonaq etmişdi və ingilis dilinin tədrisi ilə bağlı çıxış etmişdi.Konfransın sonunda deleqasiyamızın 35 müəlliminə sertifikat təqdim olunub.İngilis dili müəllimimiz İlahə Quliyevaya da konfransda fəal iştirak etdiyinə görə sertifikat təqdim olunmuşdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi