Fənn müsabiqəsinin məktəb turu keçirilib

6 noyabr 2023 tarixində məktəbin VI,VII sinif şagirdləri üçün fənn müsabiqəsinin ilkin mərhələsi keçirilib.
Müsabiqə Vl sinif şagirdləri üçün Riyaziyyat,Vll sinif şagirdləri üçün Biologiya, Kimya, Fizika fənləri üzrə keçirilib.
Müsabiqənin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq , onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir. Olimpiada sonadək məktəb direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavininin nəzarəti altında həyata keçirilib.