"8 noyabr -Zəfər Günü" və "Bayraq Günü" münasibətilə xüsusi dərs keçirilib

06.11.2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2023-cü il tarixli F- 191 nömrəli əmri ilə təsdiq olunmuş 27 sentyabr -Anım Günü və 8 noyabr -Zəfər Günü ilə bağlı Tədbirlər Planının icrasının 2-ci bəndinin yerinə yetirilməsinin təmin edilməsi üçün məktəbin tarix müəllimi Ağayeva Vüsalə 6 ç sinfində xüsusi dərs keçmişdir. Dərsdə böyük qürur hissilə andığımız bu şərəfli tarixlərin xronologiyası, Vətən müharibəsində şücaət göstərmiş Şəhidlərimizin həyat və mübarizə yollarından bəhs edilməsi və şagirdlərə milli vətənpərvərlik ruhunun aşılanması əsas məqsəd olmuşdur.