Fənn olimpiadasının məktəbdaxili mərhələsi keçirilib

    4 noyabr 2023-cü il tarixində  Respublika Fənn Olimpiadasının məktəbdaxili mərhələsi keçirilib. Olimpiadanın məktəbdaxili mərhələsinin keçirilməsində məqsəd xüsusi istedadı olan şagirdləri aşkarlamaq, onların növbəti turda iştirakını təmin etmək, şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək, şagirdlərin həmin fənnlərə olan marağını artırmaqdan ibarətdir. Vlll, IX,X,XI sinif şagirdləri arasında keçirilən məktəbdaxili olimpiada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.Nəzarətçilərin iştiirakı ilə keçirilən  olimpiada turunun gedişinə məktəbin direktoru Yasin Quliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova sonadək nəzarət etmiş,imtahanın şəffaf keçirilməsini təmin etmişlər.    
     Şagirdlərimizə uğurlar arzulayırıq!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi