Elmi-praktik konfrans keçirilib

       04/11/2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatı əsasında "Zəfər bayramı"na həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Dövlət himninin səslənməsi ilə başlayan konfransda qələbə hissini  bizə bəxş edən, ərazi bütövlüyümüz uğrunda canından keçən hər bir Şəhidimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin tarix müəllimi Elşən Zeynalov Qarabağın tarixinə dair məlumatlar səsləndirib, Azərbaycan əsgərinin şücaətindən bəhs edib, tarixi xronologiya ilə bağlı şagirdlərə məlumat verib.
Konfransda çıxış edən məktəb direktoru Yasin Quliyev Zəfər tariximiz və bu tarixin şanlı səhifəsi olan misilsiz qələbəmiz, qələbə sevincini bütün xalqımıza,millətimizə yaşadan,and yerimiz, qürur mənbəyimiz  müqəddəs Şəhidlərimiz, qəhrəmanlıq salnaməsi yazan igid Azərbaycan oğulları haqqında söhbət açmış, bu şərəfli tarix və bu tarixin gələcək nəsillərə ötürülməsi üçün dərindən öyrənilməsini şagirdlərə  tövsiyyə etmişdir.
Konfransda məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi