Reproduktiv sağlamlıq haqqında valideynlərlə görüş keçirilib

       26 Oktyabr 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına əsasən "Reproduktiv sağlamlıq" mövzusunda VI,Vll,Vlll siniflərin valideynlərilə  görüş təşkil olunmuşdur. Görüşdə məktəb rəhbərliyi və məktəb psixoloqu və həkimi iştirak etdilər.
Məktəb psixoloqu Turanə İmaməliyeva reproduktiv sağlamlıq, erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirici söhbət aparmışdır.
     Bu söhbətdə əsas məqsəd məktəbin Vl,Vll,Vlll sinif  qızları ilə zərərli vərdişlər, reproduktiv sağlamlıq sahəsində işin səmərəliliyini artırmaq və psixoloji dəstəyə ehtiyacı olan şagirdlərin valideynlərini  maarifləndirib, onlara köməklik göstərməkdən ibarət olub.
    Sonda məktəbin direktoru Yasin Quliyev çıxış etmişdir. Direktor öz çıxışında gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı, erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması və eləcə də ümumi təlim-tərbiyə prosesində valideynlərin rolunun önəmli olması ilə bağlı fikirlər söyləmişdir. Valideynləri maraqlandıran suallar cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi