Zəngilan şəhəri günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planı çərçivəsində Zəngilan şəhəri günü ilə tarix müəllimi Ağayeva Vüsalə 8 d sinfində "Dəyirmi masa" təşkil etmişdir. "Dəyirmi masa"da əvvəlcə torpaqlarımızın yadelli işğalçılardan azad olunması zamanı Şəhid olan vətənpərvər, igid, qəhrəman vətən övladlarının ruhu 1dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra "Dəyirmi masa"da bu əlamətdar günün təsis olunmasından, eləcə də vandalizmə məruz qalan Zəngilan şəhərində bugünkü abadlıq, quruculuq işlərindən də danışılmışdır. Şagirdlərin böyük həvəslə tərtib etdikləri plakatlar maraqla qarşılanmışdır.