"Reproduktiv sağlamlıq" haqqında seminar keçirilib

2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən psixoloq İmaməliyeva Turanə 19 oktyabr 2023-cü il tarixində Vll, Vlll sinif qızları ilə "Reproduktiv sağlamlıq, erkən və qohumlararası nikahların qarşısının alınması" mövzusu üzrə maarifləndirici söhbət aparıb.
Bu söhbətdə əsas məqsəd məktəbin bu yaş qrupu üzrə sinif qızları ilə zərərli vərdişlər, reproduktiv sağlamlıq sahəsində işin səmərəliliyini artırmaq və şagirdləri maarifləndirib, onlara köməklik göstərməkdən ibarət olub.