I sinif şagirdlərinin sosial-psixoloji vəziyyətinin və məktəbəhazırlıq səviyyəsinin diaqnostikası keçirilib

2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən psixoloq Nəsirzadə Günel I sinif şagirdlərinin intellektual səviyyəsini müəyyənləşdirmək və məktəbə psixoloji hazırlığının, eləcə də adaptasiya səviyyəsinin öyrənilməsi məqsədi ilə l siniflərdə "Kern Yerasik" testi keçirmişdir.
Şagirdlərin yerinə yetirdikləri tapşırıqlarda öz düşüncələrinə uyğun olaraq onların bacarıq səviyyələri, nöqtələrin və cümlənin düzgün köçürülməsi bacarıqları yoxlanılıb. Testin keçirilməsində məqsəd şagirdlərin intellektual inkişafı, dinləmə, anlama, əl-göz koordinasiyasının, düşünmə bacarıqlarının öyrənilməsi, təlimdə geri qalan şagirdlərin aşkarlanıb dəstək olunmasından ibarətdir.