Maarifləndirici seminar keçirilib

2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən psixoloq İmaməliyeva Turanə Vl,Vll sinif şagirdlərinin "Yeniyetməlik yaş dövründə, insan həyatında baş verən fizioloji, bioloji, psixoloji dəyişiklikləŕ"lə bağlı maarifləndirici seminar keçirmişdir.
Hər bir yaş dönəminin olduğu kimi yeniyetməlik dövrünün də özünəməxsus xüsusiyyətləri var. Yeniyetməlik dövründə uşaqların maraq dairəsi, sosial çevrəsi dəyişir və bütün bunlar da, təbii ki, onların psixologiyalarına təsir göstərir. Seminarın keçirilməsində də əsas məqsəd məhz bu dövrdə şagirdlərə dəstək olmaq, onların bu dönəmdə fizioloji və psixoloji vəziyyətlərini araşdırıb kömək etməkdən ibarət olmuşdur.
Seminarda məktəbin sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı və məktəb həkimi də iştirak etmişlər.