"ZƏFƏRDƏN ZƏFƏRƏ"

"Bu gün Ali Baş Komandanımız üçrəngli bayrağımızı Ağdərə, Xocalı, Xocavənd və Xankəndi şəhərlərində ucaltdı! "
Məktəbin direktoru Yasin Quliyev 16/10/2023-cü il tarixdə məktəb radio qovşağı vasitəsilə böyük sevinclə bu möhtəşəm xəbəri bütün şagirdlər və kollektivlə paylaşaraq bildirdi ki, hamımız arzuladığımız, gələcəyinə hər zaman inandığımız günləri yaşayırıq, gözlədiyimiz tarixi anların qayıdışını məğrur bir xalq kimi qarşılayırıq. Direktor çıxışında müzəffər ordumuzun şücaəti, qalib liderimiz-Ali Baş Komandanımızın yorulmaz mübarizəsi, dərin siyasi zəkası sayəsində qazandığımız bu möhtəşəm qələbələrin siyasi, tarixi baxımdan əhəmiyyəti, dəyəri ilə bağlı fikirlər səsləndirdi. Daha sonra o, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti müddətində Azərbaycanı nüfuzlu və qüdrətli ölkəyə çevirməsi, ən əsası isə müzəffər Ordumuzla Vətən müharibəsində tarix yazaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etməsini qeyd etdi. Yasin Quliyev vətənin azadlığı uğrunda həlak olmuş Vətən Şəhidlərimizi böyük ehtiramla anaraq, onların əbədi olaraq qəlbimizdə yaşayacağını, heç zaman unudulmayacaqlarını qeyd etdi və dövlət liderimizə isə, bundan sonrakı fəaliyyətində də daim uğurlar qazanmağı arzu etdi.