Məktəbəhazırlıq qruplarında dərslərə start verilib

       2023/2024-cü tədris ili üzrə məktəbǝhazırlıq qruplarında dərslərə start verilib. 2 oktyabr tarixində kiçikyaşlı uşaqlar xoş əhval - ruhiyyə ilə məktəbə qəbul edilmişdir. Həftədə 4 gün fəaliyyət göstərəcək məktəbǝhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, məktəbə, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və vərdişlərin formalaşdırılmasıdır.
     İlk dərs günündə məktəb rəhbərliyi və müəllimlər 5 yaşlı şagirdləri qarşılayıb,onlara uğurlar arzulayıb. Balaca şagirdlər isə böyük həyəcan və sevinclə müəllimləri ilə birgə sinif otaqlarına daxil olub, günün sevincini birgə yaşayıblar.
      Məktəbə ilk qədəmlərini qoyan hər bir şagirdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi