"Ölümsüzlüyə qovuşanlar" adlı xüsusi dərs keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə " 07.09.2021- ci il tarixli F-429 nömrəli əmri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı" barədə 08.09.2021-ci il tarixli F-191 nömrəli əmrinin reallaşdırılması, məktəbdə şagirdlərə milli vətənpərvərlik ideologiyasının aşılanması məqsədi ilə məktəbdə "27 sentyabr-Anım Günü"nə həsr olunmuş silsilə tədbirlər davam edir.
27/09/2023-cü il tarixdə məktəbin fizika müəllimi Nəbiyeva Afaq Vll ç sinfində "Anım Günü" ilə bağlı "Ölümsüzlüyə qovuşanlar" adlı xüsusi dərs keçmişdir. Dərsdə torpaq, Vətən uğrunda Şəhid olmuş qəhrəman oğullarımız haqqında müzakirələr aparılmışdır.