Anım günü ilə bağlı tədbirlər keçirilir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə "07.09.2021- ci il tarixli F-429 nömrəli əmri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı" barədə 08.09.2021-ci il tarixli F-191 nömrəli əmrinin reallaşdırılması, məktəbdə şagirdlərə milli vətənpərvərlik ideologiyasının aşılanması məqsədi ilə məktəbdə "27 sentyabr-Anım Günü"nə həsr olunmuş silsilə tədbirlər keçirilir.
27/09/2023-cü il tarixdə məktəbin tarix müəllimi Əmiraslanova Səbinə 9 d sinif şagirdləri ilə "Anım Günü" ilə bağlı "Dəyirmi masa" təşkil etmişlər. "Dəyirmi masa"da ll Qarabağ müharibəsi və onun təfərrüatları, Azərbaycanın qələbəsi ilə başa çatan müharibədə işğaldan azad olunmuş torpaqlarımız,torpaq, Vətən uğrunda Şəhid olmuş qəhrəman oğullarımız haqqında müzakirələr aparılmışdır.