Elmi-praktik konfrans keçirilib

Sentyabrın 26-sı 2023-cü il tarixdə "27 sentyabr-Anım Günü" ilə bağlı həftəlik plana əsasən Elmi-praktik konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca Ümummilli lider Heydər Əliyevin, Şəhidlərimizin əbədi və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransda məktəbin tarix müəllimi Şəhanə İmanova hazırladığı məruzə ilə çıxış etdi. O, öz çıxışında Azərbaycan əsgərinin şücaətindən bəhs edib, onların doğma torpaqlarımızın mənfur erməni işğalçılarından azad olunmasında göstərdiyi igidliklərdən, Ali Baş Komandan , Prezident İlham Əliyevin uzaqgörən siyasəti və mətin iradəsi altında "Dəmir yumruq" əməliyyatı ilə başlanan və qalibiyyətlə sonunclanan müharibədə canıyla, qanıyla iştirak edən, Şəhidlik zirvəsinə ucalan qəhrəman Azərbaycan övladlarından danışmışdır.
Konfransda məktəb rəhbərliyi və müəllimlər iştirak etmişlər.