"Anım Günü"nə həsr olunmuş xüsusi dərs

       Məktəbin 7 e sinfində "Anım Günü"nə həsr olunmuş  xüsusi dərs keçirilib. Qələbə hissini  bizə bəxş edən, ərazi bütövlüyümüz uğrunda canından keçən hər bir şəhidimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tarix müəllimi Elşən Zeynalovun təşkilatçılığı ilə keçirilən bu dərsdə müəllim Qarabağın tarixinə dair məlumatlar səsləndirib, Azərbaycan əsgərinin şücaətindən bəhs edib, şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda müxtəlif şeirlər səsləndirilib. Şəhidlərimizin, qazilərimizin həyat və döyüş yolundan, Vətən müharibəsi zamanı göstərdikləri qəhrəmanlıqlardan bəhs olunub. Dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi