Milli Musiqi Günü ilə bağlı dərslər keçirilib

Sentyabrın 18-i 2023-cü il tarixdə "Milli Musiqi Günü" münasibətilə ibtidai siniflərdə dərslər keçirilib. Bu əlamətdar günün qeyd olunmasını məhz Ümummilli lider Heydər Əliyev tərəfindən 1995-ci ildən tətbiq edildiyi, dahi bəstəkar Üzeyir Hacıbəyovun Azərbaycan musiqisi üçün göstərdiyi misilsiz xidmətləri haqqında şagirdlərə müəllimlər tərəfindən maarifləndirici məlumatlar verilib.