Şagirdimizin əziz xatirəsi yad olunub

15 sentyabr-ilk dərs günündə faicəli şəkildə həlak olmuş məktəbin 4 d sinif şagirdi Qasımov Süleymanın əziz xatirəsi yad olunub.
Məktəb rəhbərliyi, müəllimlər və şagirdlər məktəbin foyesi və Süleymanın oxuduğu sinif otağında düzəldilmiş xüsusi guşənin önündən keçərək gül dəstələri qoymuşlar.
Məktəbin direktoru Yasin Quliyev çıxış edərək təəssüf hissi ilə balaca Süleymanın xatirələrdə qalan məktəb illərindən danışmış, onun saf, çox gözəl qəlbli bir şagird olduğunu vurğulamışdır.Təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova,sinif rəhbəri Pərvanə Abbasova və sinif yoldaşları da Süleyman haqqında xatirələrini danışmışlar. Eləcə də 4 d sinif şagirdi Kəsəmənli Ayla mərhumun nənəsi, şairə Cığatel İsaqızının nəvəsi üçün yazdığı şeiri səsləndirib.
Allahdan bu körpə balamıza rəhmət diləyirik , nur içində yatsın....

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi