Məktəbdə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş dərslər keçirilib

İlk dərs "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunub. Mövzu ilə bağlı çıxış edən məktəbin direktoru Yasin Quliyev "Heydər Əliyev və onun siyasi irsi" haqqında geniş çıxış edərək Ulu Öndərin uzaqgörən siyasəti, müasir Azərbaycanın qurulmasında göstərdiyi şəxsi əzmkarlıq, mübarizlik ruhu və bu çətinliklərin sonunda nail olduğu bu günkü Azərbaycanımızın qüdrətli dövlətlərdən birinə çevrilməsi ilə bağlı fikirlərini söylədi.
Bu mövzuda ilk dərslərin keçirilməsində də məqsəd Heydər Əliyevin vətənpərvərlik, dövlətçilik tərbiyəsi, eyni zamanda müasir azərbaycançılıq ideologiyasını genişləndirilərək yayılmasına xidmət edir.
15 sentyabr ilk dərslər məhz bu mövzuda qurulmuşdur, dərslərdə valideynlər, ictimaiyyət nümayəndələri də iştirak etmişlər.