"Bilik günü" tədbiri keçirilib

Məktəbdə 15 sentyabr 2023-cü il tarixində ilk dərs günü -"Bilik Günü" tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən Şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəb direktoru Yasin Quliyev tədbir iştirakçılarını salamlayıb , “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi və ölkəmizdə aparılan təhsil islahatları barədə geniş çıxış etdi. O, qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi ən önəmli istiqamətlərdən biri olub. Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf təhsil sektorunda daha qabarıq şəkildə nəzərə çarpır. Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Həmin siyasətin, ideyaların bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, Ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Direktor çıxışının sonunda dövlətimizin təhsilə olan diqqətini, qayğısını əsas tutaraq şagirdlərə daha yaxşı oxumağı, elmin dərinliklərini və zirvələrini fəth etməyi,böyük uğurlar qazanmağı arzu etdi və Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan "Dəmir Yumruq" əməliyyatı nəticəsində işğaldan azad olunmuş torpaqlarımıza sahib çıxmaq, onu qorumaq,gələcək nəsillərə ötürmək üçün qazanılan biliyin ,savadın vacib olduğunu şagirdlərin diqqətinə çatdırdı. Eləcə də direktor elmli, bilikli olaraq gələcəkdə Şəhidlərimizin əziz ruhu dolaşan o torpaqlarda quruculuq işləri ilə məşğul olmağı, həmin yerlərdə Prezident İlham Əliyev tərəfindən aparılan geniş iqtisadi islahatların həyata keçirilməsində öz biliyini,savadını göstərməklə dövlətimizə xidmət göstərməyi bütün şagirdlərə arzuladı.
Daha sonra şagirdlərin ifasında vətənpərvərlik şeirləri səslənib,tədris ilinin ilk zəngi çalınıb, şagirdlər öz siniflərinə yola salınıb.
Yeni tədris ilimiz uğurlu olsun!!!!!