Sabunçu rayonunda 2022-2023-cü tədris ilinin yekununa həsr olunmuş “Təhsil millətin gələcəyidir!” adlı Təhsil konfransı keçirilib

14.09.2023-cü il tarixdə Bakı Gənclər Mərkəzində 2022-2023-cü tədris ilinin yekununa həsr olunmuş Təhsil konfransı keçirildi.
   Konfransda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkilləri Fazil Mustafa və Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, ali məktəblərə qəbul imtahanında yüksək nəticələr əldə etmiş məzunlar və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
  71 nömrəli tam orta məktəbin direktoru Yasin Quliyev başda olmaqla  100 faizlik nəticə ilə hər biri Azərbaycanın nüfuzlu ali məktəblərinə daxil olan 11 A sinif şagirdləri və müəllimlər də konfransa dəvət almışdılar.Hər zaman şagirdlərə mənəvi dəstək olan,hər birinə qayğı ilə yanaşan Yasin müəllimin 11 A sinfinin uğur qazanmasında böyük əməyi vardır. O, şagirdlərə diqqət və qayğı ilə yanaşı, həm də həmin sinifdə riyaziyyat fənnini də tədris edərək şagirdlərin yüksək nailiyyətlər qazanmasına çalışmışdır. Nəticə olaraq belə gözəl sonluq bütün kollektivimizin sevincinə səbəb olmuş, Sabunçu rayonu İcra Hakimiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
  Konfransda 2022-2023-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanında Sabunçu rayonu üzrə ən yüksək nəticələr göstərmiş məzunlara Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu. 2022-2023-cü tədris ilinin nəticələrinə görə fərqlənən təhsil işçiləri , o cümlədən 71 nömrəli  məktəbin fizika müəllimi, 11a sinif rəhbəri Afaq Nəbiyeva  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olundular.
Müəllimimizə və şagirdlərimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi