Pedaqoji iclas keçirilib

13.08.2023-cü il tarixdə məktəbdə Pedaqoji Şuranının 2023-2024-cü tədris ili üzrə ilk pedaqoji iclası keçirildi. Məktəbin direktoru Yasin Quliyev kollektivi salamlayaraq yeni tədris ilində məktəbə təyinat almış müəllimləri təbrik etdi. Sonra məktəbin keçən tədris ilində qazanılmış uğurlarından, nailiyyətlərindən və eləcə də çatışmazlıqlarından danışdı. Bu uğurlar üçün müəllim heyyətinə təşəkkürünü bildirdi. Daha sonra iclasın gündəliyində dayanan məsələlər iclas iştirakçılarına elan edildi: məktəbin iş rejiminin təsdiq edilməsi, vəzifə bölgüsü, yay tədris tapşırığı almış şagirdlərin yekun vəziyyəti, sinif komplektlərinin müəyyənləşdirilməsi, sinif rəhbərlərinin təyin edilməsi, fənn metodbirləşmə sədrlərinin təyin edilməsi, "Bilik Günü"nün keçirilməsi, dərsliklərin təminatı vəziyyəti və paylanılması barədə, yeni tədris ilinə hazırlıq vəziyyəti və cari məsələlər.....
İclas direktor müavinlərinin, təşkilatçının, müəllimlərin çıxışları ilə davam etdi. Sonda protokol tərtib edilib və qəbul edilməli qərarlar heyətə bildirilib. Qərarlar səs çoxluğu ilə qəbul edildikdən sonra pedaqoji heyəti maraqlandıran suallara cavab verildi.