"eTwinning Plus” çərçivəsində "Milli Keyfiyyət Nişanı”na layiq görülüb

Məlum olduğu kimi, Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin və müəllimlərinin beynəlxalq layihə proqramlarında iştirakını təmin edən layihələr üzərində işini aktiv olaraq davam etdirir. İnkişaf etmiş Avropa məktəblərinin aktiv iştirakçısı olduğu "eTwinning Plus” layihəsinə Azərbaycan 2013-cü ildə qoşulmuşdur. Layihə çərçivəsində Azərbaycan məktəbləri və şagirdləri Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq, keçilən fənnlər üzərində araşdırma aparmaq fürsəti qazanırlar.
Azərbaycan məktəblərinin "eTwinning Plus” layihəsindəki fəaliyyəti birbaşa Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.
Sevindirici haldır ki, məktəbimizin xarici dil müəllimi İlahə Quliyeva VII və VIII sinif şagirdləri ilə birgə 3 aktiv layihə ilə mükafatlandırılmış məktəblər sırasındadır. 2022-2023-cü tədris ili üzrə təqdim edilən "DIGITAL CITIZENSHIP", "META CUMPUS", "TITANS' RESEARCHERS" layihələrimiz "eTwinning Plus” çərçivəsində "Milli Keyfiyyət Nişanı”na layiq görülmüşdür.
Müəllim və şagirdlərimizi təbrik edir, daha böyük nailiyyətlər diləyirik.