ŞƏHİD NİCAT XƏLƏFOVUN ANIM GÜNÜ

       Azərbaycan Ordusunun cəsur döyüşçülərindən olan Nicat Xələfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovgağın, Füzulinin, Xocavəndin, Cəbrayılın, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zəfər gününə 2 gün qalmış qəhrəmancasına Şəhid olub.
     Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Rəşadət" ordeni, "Füzulinin azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamla "Cəbrayılın azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı, 05.11.2021-ci il Sərəncamla isə, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
Onun doğum günündə məktəbin 7 e sinif şagirdləri sinif rəhbəri Zeynalova Zəkiyyənin rəhbərliyi ilə Şəhidimizin evinə gedərək ailə üzvləri ilə görüşmüş, böyük hörmət və ehtiramla onu yad etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi