Pedaqoji şuranın iclası keçirilib

22 iyun 2023-cü il tarixdə Pedaqoji Şuranın iclası keçirilmişdir. İlk öncə, məktəb direktoru Yasin Quliyev sertifikasiya imtahanında yüksək nəticə əldə edən Azərbaycan-dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimlərini təbrik edərək gələcək işlərində uğurlar arzu etdi. Qeyd edək ki, imtahanda iştirak edən müəllimlərimizin hər biri yüksək nəticə əldə etmişdir. Daha sonra
iclasda 2022-2023-cü tədris ilinin illik hesabatı, illik proqram materiallarının yerinə yetirilməsi vəziyyəti, I-VIII və X siniflərdə şagirdlərin sinifdən-sinfə keçirilməsi, yay-tədris tapşırıqlarının işlənməsi və valideynlərə bildirişlərin çatdırılması, ümumi və tam orta təhsil səviyyələri üzrə adi və fərqlənmə attestatlarının verilməsi haqqında, sinif jurnallarının işlənməsi vəziyyəti, “Şagird davranış qaydaları”-nın tətbiqi haqqında, 2023-2024-cü tədris ilində məktəbli forması, məktəbin tədris texniki təchizat və təsərrüfat fəaliyyəti və cari məsələlər haqqında məruzələr dinlənilib.
Məruzələr ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi