Məktəbimizin eTwinning layihələri üzrə fəallığı davam edir

         Təhsil sahəsində müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması hazırda prioritet istiqamətlərdən biridir. Bu sahədə son illər ərzində olan inkişafda “eTwinning Plus” layihəsinin xüsusi rolu var. Layihələr çərçivəsində azərbaycanlı müəllim və şagirdlər Avropadan olan iştirakçılar ilə təcrübə və fikir mübadiləsi aparmaq, ortaq dərslər keçmək, təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək imkanı əldə edirlər. Həmçinin, layihə iştirakçıları XXI əsr bacarıqlarının artırılması istiqamətində davamlı olaraq keçirilən beynəlxalq səviyyəli təlim, vebinar və müsabiqələrdə iştirak edirlər.
Cari il üzrə məktəbimizin VII sinif şagirdləri Pənahlı Səma, Şahbazlı Əkbər, Zeynallı Səid, Məmədzadə Tofiq, Zeynalov Kamran, Abdullayeva Ayan, Gəncalı Nazpəri, Məmmədzadə Nuray, Quluzadə Sübhan və VIII sinif şagirdləri Göyüşova Aydan, Muxtarov Mirismayıl, İmaməliyeva Minayə, Qarayeva Sənəm, Əlili Elbrus mövcud üç eTwinning layihəsi daxilində -"META CAMPUS", "TITAN'S RESEARCHERS" və "DIGITAL INNOVATIVE CITIZENSHIP" layihələrində fəal iştirak ediblər. Layihələrin ortaq iştirakçı ölkələri Türkiyə, Rumıniya, Portuqaliya, Serbiya, Makedoniyadır. Layihələr şagirdlərin Web3 tədbiqləri ilə tanışlığını, süni intellekt, Metaverse və 3D qurğuları ilə iş bacarıqlarını artırıb.
Bu günlərdə məktəbimiz keçən il iştirakçisi olduğu layihə üzrə Avropa Keyfiyyət Nişanına layiq görülüb.
Növbəti Keyfiyyət Nişanlarının sayını artırmaq naminə uğurlarımız davamlı olsun. Layihələrin həyata keçirilməsində müstəsna rolu olan ingilis dili müəllimimiz İlahə Quliyeva və şagirdlərimizə bundan sonra da bol-bol nailiyyətlər arzulayırq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi