“Son zəng” tədbiri keçirilib

İyunun 14-də məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Teymurov, məktəb rəhbərliyi, məktəbimizin məzunları olan 5 Şəhidin valideynləri, məktəbimizin məzunları olan qazilər, müəllimlər, o cümlədən, təqaüdə çıxmış müəllimlər, XI sinif məzunları və valideynlər iştirak edirdi.İlk öncə, tədbirə başlamamışdan qabaq qonaqların,rəhbərliyin və məzunların iştirakı ilə canını vətən, torpaq uğrunda fəda etmiş Şəhidlərimizin məktəb həyətindəki "Abidə" kompleksinə güllər qoyulub və yad olunublar. Saat 10:00-da isə, tədbir başlayıb.
Məktəb həyətində keçirilən “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Şəhidlərimizin və Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət müəllim çıxış edərək məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, məktəbdə Azərbaycan bölməsi üzrə - 11 A, 11 B, 11 C, 11 Ç- ümumilikdə 85 nəfər şagird məzun oldu.
Onlardan 14 nəfəri buraxılış imtahanında 200 baldan yuxarı toplayıb, 4 nəfər şagirdimiz fərqlənmə attestatına namizəddir.
Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.Tədbir zamanı mahnı və rəqslərdən ibarət maraqlı proqram nümayiş etdirilib, simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdinə təqdim olunub.
İbtiadai sinif müəllimləri,sinif rəhbərləri, fənn müəllimləri,direktor müavinləri çıxış edərək 11-lərə ürək sözlərini bildirdikdən sonra söz məktəbin direktoru Yasin Quliyevə verilib.
Yasin Quliyev məzunları, onların valideynlərini, müəllimləri təbrik edərək məzunlara bundan sonrakı həyat yollarında uğurlar qazanmağı və eləcə də vətənimizin, xalqımızın dəyərli övladları olmağı arzuladı.
Sonda isə, direktor buraxılış imtahanında 200,dən yuxarı bal toplayan şagirdləri Fəxri Fərmanla, "Bilik yarışı"nda müvafiq yerləri qazananlar və ictimai işlərdə fəal iştirak edənlərı "Diplom"la, eləcə də ilboyu nümunəvi davranışına görə fərqlənən - məktəbin 11 a sinif şagirdi Qəzənfər Yusiflini, 11 b sinif şagirdi Məhəmmədəli Rzayevi "Təşəkkürnamə" ilə təltif etdi.
Son zəngin çalınması ilə tədbir başa çatıb, məzunlar musiqi sədaları altında səhnəni tərk ediblər.