Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunub

"Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili " elan edilməsi ilə bağlı "Tədbirlər Planı"nın icrası ilə əlaqədar Təhsil nazirinin F-709 nömrəli əmrinə əsasən məktəbdə silsilə tədbirlər keçirilməsi davam edir.
"Tədbirlər Planı"nın 3.2 bəndinin icrasının yerinə yetirilməsi ilə əlaqədar məktəbin ingilis dili müəllimi Mustafayeva Xəyalə 5 f sinfi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Heydər Əliyev Mərkəzində olublar. Ulu Öndərin siyasi irsinin öyrənilməsi məqsədilə təşkil olunan bu ekskursiya şagirdlərin böyük marağına səbəb olmuş və onlar bu ekskursiyadan gözəl təəssüratlarla qayıtmışlar.