Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "şeir müsabiqəsi" keçirilib

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3494 nömrəli Sərəncamı”ndan irəli gələn tədbirlərin icra edilməsi məqsədilə məktəbimizdə silsilə tədbirlər həyata keçirilir.
Silsilə tədbirlər sırasında məktəbimizdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Şeir müsabiqəsi" keçirilmişdir. Vətənpərvərlik mövzusuna həsr edilmiş bu müsabiqədə 30-dan çox müxtəlif yaş qrupları üzrə şagird iştirak etmişdir. Şagirdlərin seçilməsində münsiflər heyətinin üzvləri olaraq məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, təşkilatçı Şəhla Seyidbalayeva, dil-ədəbiyyat metodbirləşmə rəhbəri Afət Tağıyeva və dil-ədəbiyyat müəllimi Fəridə Məhərrəmova iştirak etmişlər.
1-ci, 2-ci,, 3-cü yeri qazanan şagirdlər məktəbin direktoru Yasin Quliyev tərəfindən "Diplom"la təltif olundular.