"Arşın mal alan" əsəri tamaşaya qoyulub

       07.06.2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-123F/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Dəyərlərimizi qoruyaq" layihəsinin icrasının yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planının 5.1 bəndinə uyğun olaraq  məktəbin musiqi müəllimi Qurbanova Məryəm 7 d sinif şagirdləri ilə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasının motivləri əsasında tamaşa  hazırlamışlar. Məryəm müəllimənin aktyorluq bacarığı və səhnə mədəniyyətinə malik istedadlı şagirdlərlə hazırladığı bu tamaşa maraqla qarşılanmış və  xalqımızın milli sərvəti olan bu cür mənəvi dəyərlərimizi dərindən öyrənmək  üçün  böyük əhəmiyyət kəsb etmişdir.
      Mənəvi dəyərlərimizin əks olunduğu bədii nümunələr əsasında tamaşaların hazırlanmasında əsas məqsəd şagirdlərə bu mövzuda təbliğat aparmaq, milli dəyərlərimizə maraq oyatmaqdan ibarət olmuşdur.
   Tamaşanın nümayişində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, metodbirləşmə rəhbəri, psixoloq,sinif rəhbəri və müəllimlər iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi