"Peşəkarlıq yolunda" layihəsi ilə bağlı görüş keçirilib

07.06.2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31/10/2022-ci il tarixli F-360 nömrəli əmrilə "Peşəkarlıq yolunda" layihəsinin 1.1 və 3.1 bəndlərinin icrasının həyata keçirilməsi ilə bağlı lX sinif valideynləri ilə görüş təşkil edilmişdir.
Görüşdə məktəbin direktoru Yasin Quliyev, direktor müavini Zərifə Cəfərova, "Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi"nin müəllimləri, valideynlər və şagirdlər iştitak etmişlər. Əvvəlcə peşə məktəbinin müəllimləri müxtəlif peşə ixtisasları üzrə məlumat verdilər. Bundan sonra isə, məktəbin direktoru müxtəlif peşə ixtisasları üzrə şagirdlərin arzularını soruşdu və tövsiyyələr verdi. O, qeyd etdi ki, şagirdlərin qabiliyyətlərinə uyğun peşə seçmələrində valideynlərin rolu müstəsna əhəmiyyət kəsb edir və valideynlərə müraciət edərək peşə seçimində şagirdləri düzgün yola istiqamətləndirməsi ilə bağlı fikirlərini onların nəzərinə çatdırdı.
Görüşün sonunda valideynləri maraqlandıran bir sıra suallar cavablandırıldı.